20/05/2022
19 May 2022-ci il tarixində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin Tarix fakültəsinin təşkilatçılığı ilə "28 May Respublika Günü"nə həsr olunmuş "Nə? Harda? Nə zaman?" adlı intellektual yarış keçirilib.
Yarışda hər biri 4 nəfərdən ibarət 8 komandanın tələbəsi iştirak etdi. 3 turdan ibarət olan yarışda az xal fərqi səbəbindən daha həlledici bir tur da keçirildi. Həlledici turun sonunda ilk 3 yerin qalibi olan komandalar müəyyən edildi.
I yer: "Qafqaz" komandası;
1) Ümid Mikayılov
2) Vasif Beybutlu
3) Vüsal Tağıyev
4) Rəşad Səfərov
II yer: "G-4" komandası;
1) Rəmzi Səfərli
2) Araz Hüseynov
3) Elmir Qəmbərli
4) Kənan Şükürov
III yer: "Turan" komandası;
1) Xəyalə Qasımova
2) Təhminə Əlizadə
3) Nərmin Rüstəmova
4) Pəricahan Rzayeva
Hər turun sonrası fasilələrlə davam edən maraqlı yarış, qaliblər müəyyən edildikdən sonra, nəhayət, sonlanır. Sonda isə qalib komandalarla xatirə şəkilləri çəkilir.