08/10/2022
Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsidə“Məktəbli Ekokönüllü” layihəsinin təqdimatı olub. Təqdimat mərasimi Heydər Əliyev Fondunun təşəbbüsü əsasında Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən yaradılan “Tullantıdan Sənətə” muzeyində baş tutub. Tədbirdə “Təmiz Şəhər” ASC-nin, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qala qəsəbəsində yerləşən ümumtəhsil məktəblərinin müəllimləri, rəhbər heyyəti, həmin məktəblər üzrə layihə kordinatları və 5 məktəbdən 25-ə qədər “Məktəbli Ekokönüllü” iştirak edib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nofəl Şirinov bildir di ki,qlobal xarakter alan ekoloji problemlər hazırda hər bir yer sakinini və gələcək nəsilləri təhdid edir. Ətraf mühitin görünüşünü dəyişən, biomüxtəlifliyin növ zənginliyini azaldan, atmosfer havasını, torpağı və suyu çirkləndirən təbiətə atılan tullantılardır. Bütün ekloji problemlərin əsasında demək olar ki, ətraf mühitə atılan tullantılar dayanır. Məişətdə əmələ gələn tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun olması, düzgün idarə edilməsi ekoloji vəziyyətin yaxşılaşmasına, insan sağlamlığına təsir göstərən əsas amillərdən biri hesab edilir. Mövcud problemlərin təhsirinin azaldılması bu gün hər bir yer sakininin narahat etməlidir. Bu məqsədlə ölkəmizdə məktəblilər arasında “Ekokönüllü” şagirdlərin yetişdirilməsi və bu fəaliyyətin bütün ölkəyə yayılmasını zəruri hesab edirik. Bildiyimiz kimi ölkə məktəblilərinə 2019-cu ildən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə STEAM təhsil metodunun tətbiq edilməsi bu istiqamət üçün də yeni imkanlar yaradır. Belə ki, layihənin icrasında bu metoddan istifadə edərək şagirdlərin təbiətə münasibəti, yaradıcılıq imkanları genişləndiriləcək və innovativ bacarıqları inkişaf etdiriləcək.
Sosial məsuliyyət, öyrətmə və tətbiq etmə bacarığıqlarına sahib vətəndaş yetişdirmək missiyasını qarşısına məqsəd qoyan “Məktəbli EKOkönüllü” layihəsi yuxarda göstərilən problemlərin aradan qaldırılmasına xidmət edəcək.
Layihə çərçivəsində Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəb mərkəz olmaqla Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 216, 185, 92, 323 nömrəli məktəblərin bu layihəyə cəlb olunub. Dörd mindən çox şagirdi əhatələyəcək “Məktəbli Ekokönüllü” layihəsi 5 ay müddətində davam edəcək və tədris prosesinə manə olmadan şagirdlərə həm könüllülük, eyni zamanda ekoloji problemlərin aradan qaldırılması ilə bağlı əhəmiyyətli biliklər aşılanacaq, praktik fəaliyyətlər həyata keçiriləcək.
Daha sonra çıxış edən “Təmiz Şəhər” ASC- nin şöbə müdiri Orxan Cabbarov layihənin əhəmiyyətindən danışaraq bildir di ki, “Təmiz Şəhər” ASC praktik əhəmiyyəti olan bu tip layihələri daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Orxan Cabbarov qeyd edib ki, ölkəmizdə ilk dəfə tullantıların düzgün idarə olunması məqsədi ilə Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilkin çeşidlənmənin aparılması üçün müxtəlif rəngdə tullantı kontenerləri quraşdırılıb.
“Təmiz Şəhər” ASC-nin bu layihə çərçivəsində lazımi dəstək göstərəcəyi vurğulanaraq, çeşidlənmiş tullantıların daşınması, praktiki təlmlərin keçrilməsi və digər məsələlərin həllində tərəfdaş kimi çıxış edəcəyi qeyd edilib.
Xəzər rayon 323 nömrəli məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək bildirib ki, məktəblilər arasında bu kimi praktik əhəmiyəti olan layihələrin keçrilməsi vacibdir. Bu layihənin Qala qəsəbəsində ekoloji problemlərin aradan qaldırılmasına töhfə verəcəyi ifadə edərək “Məktəbli Könüllülərə” uğurlar arzuladı .
Daha sonra, tədbir iştrakçılarına tullantıların idarə olunması və çeşidlənməsi üçün tullantı qutularından nümunələr nümaiş etdirildi. Sonda “Məktəbli Ekokönülülər”ə “tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırıcı bröşür və bukletlər paylandı.