BHOS Animal Care Club

BHOS Animal Care Club Our planet. Theirs too.

“Pişik Yuvaları” layihəsi küçədə yaşayan pişiklərə isti bir yuva bəxş etmək üçün Sosial Pişik və BHOS Acc-nin birgə təşə...
28/01/2025

“Pişik Yuvaları” layihəsi küçədə yaşayan pişiklərə isti bir yuva bəxş etmək üçün Sosial Pişik və BHOS Acc-nin birgə təşəbbüsüdür ❤️

Bu layihənin məqsədi küçə pişikləri üçün təhlükəsiz və isti yuvalar hazırlamaqdır. Topladığımız vəsaitlə universitetlərin, parkların və digər yerlərin həyətinə pişiklər üçün yuvalar yerləşdirəcəyik 🏡🐱

Bu layihəyə necə dəstək ola bilərsiniz?
🔸 Kiçik bir maddi dəstək edərək
🔸 Layihəmizi paylaşaraq daha çox insana çatdırmaqla
🔸 Heyvansevər dostlarınızı layihə haqqında məlumatlandıraraq

Sən də bu xeyirxah təşəbbüsə qoşulmaq istəyirsənsə, kiçik bir dəstəyin böyük dəyişikliklərə səbəb ola biləcəyini unutma! 🫶🏻

Layihəyə dəstək üçün kart məlumatları :4127208105481104

“Sevgiyə Uzanan Əllər-7” Sığınacaq Səfərimizdən KadrlarBu dəfəki layihəmizdə Pirşağı sığınacağında himayə olunan balaca ...
09/12/2024

“Sevgiyə Uzanan Əllər-7” Sığınacaq Səfərimizdən Kadrlar

Bu dəfəki layihəmizdə Pirşağı sığınacağında himayə olunan balaca dostlarımızı ziyarət etdik və onlara 300 kq ət yardımı çatdırdıq. Səfərimiz boyu qonaqlarımızla birlikdə itlərin əylənməsi və xoş vaxt keçirməsi üçün çalışdıq. Ümid edirik ki, bu gün hər biriniz üçün xoş və unudulmaz anlarla yadda qaldı. ✨

Aktiv iştirakınıza görə hər birinizə təşəkkür edirik. Növbəti layihələrdə yenidən görüşmək ümidi ilə! 🔜

✨ BHOS Animal Care Club Presents: Our First Project of the New Academic Year! 💚  Get ready to join our 7th edition of th...
26/11/2024

✨ BHOS Animal Care Club Presents: Our First Project of the New Academic Year! 💚

Get ready to join our 7th edition of the beloved project, “ Sevgiyə Uzanan Əllər ” 🐾—a tradition that brings animal lovers together to create unforgettable memories with our furry friends.

🌟 What to Expect:
🐶 Quality time with adorable shelter animals
🍴 Snacks and transportation provided by the university
📸 A chance to capture joyful moments with your friends

This project also gives us the opportunity to provide food and care for the animals at the shelter, ensuring they feel loved and supported. 💖

📌 Details:
- 📅 Date and Time: December 7th 10:00
- 🚐 Location: Perekeshkul Shelter
- 🎯 Deadline: December 6th 23:59

❗️ How to Join:
🔗 Registration link was provided below—don’t miss it!
https://docs.google.com/forms/d/e/1FAIpQLSfad2osslmEuBXNZ8B1KdGqgEXwjIycR9YG1dnvzPWd16N4og/viewform?usp=sf_link
⏳ Spots are limited, so sign up quickly!
🎓 Note: This event is exclusively for BHOS students.

Hər birinizi salamalayırıq dəyərli heyvansevərlər ✨Uzun illərdir təşkil etdiyi layihələri ilə sevimli dostlarımızın qayğ...
13/10/2024

Hər birinizi salamalayırıq dəyərli heyvansevərlər ✨

Uzun illərdir təşkil etdiyi layihələri ilə sevimli dostlarımızın qayğısına qalan BHOS Animal Care Club🍀 yepyeni və energetik komanda üzvləri ilə sizlərin qarşısındadır 🐾

Bu yolda sizinlə bir yerə toplaşıb, yardıma möhtac heyvanlara qayğı göstərilməsi üçün əlimizdən gələni edəcəyik və göstərilən dəstəklərə açığıq💥

Siz də bizim maraqdolu 🐾layihələrimizə qoşulub əyləncəli və unudulmaz anlar təcrübələyərsiniz, və heyvanlarla vaxt keçirib birazda olsa ağır dərs şəraitindən uzaqlaşa bilərsiniz🌟🤩

Aşağıdakı linklərlə hesablarımızı takip edə və bizə dəstək ola bilərsiniz🙌🏻🥹

Facebook: https://bit.ly/3JG77I4

İnstagram: https://bit.ly/3v7vMl3

Gmail: [email protected]

Hər kəsə salam!💫"Beynəlxalq Heyvan Günü münasibətilə 'Heyvanları Yemləyək' adlı layihəmiz çərçivəsində heyvansevərləri d...
04/10/2024

Hər kəsə salam!

💫"Beynəlxalq Heyvan Günü münasibətilə 'Heyvanları Yemləyək' adlı layihəmiz çərçivəsində heyvansevərləri dəyərli bir təşəbbüsə dəvət edirik!

🐶🐱 Siz də sevimli dostlarımıza dəstək olaraq onları yemləyərkən çəkdiyiniz şəkilləri bizimlə paylaşın. Məqsədimiz, bütün canlıların qayğı və sevgiyə ehtiyacı olduğunu xatırlatmaq və birgə daha yaxşı bir dünya qurmaqdır.

📸 Şəkillərinizi gözləyirik!

Hər kəsə salamlar🤗🐾🔊”BHOS Animal Care Club” ailəsi olaraq yeni, həvəsli və heyvansevər üzvlər axtarışındayıq. Əgər siz d...
25/09/2024

Hər kəsə salamlar🤗🐾

🔊”BHOS Animal Care Club” ailəsi olaraq yeni, həvəsli və heyvansevər üzvlər axtarışındayıq. Əgər siz də balaca dostlarımızın bizlərlə birlikdə qayğısına qalmaq istəyirsinizsə, bizə qoşulmağa tələsin!

📌Qeydiyyat üçün aşağıdakı linkdən forma keçid edə bilərsiniz.

https://docs.google.com/forms/d/e/1FAIpQLSc29N1E5H44RzvNMsNcQJ8G3ekNLu7r5u4QgQdfxGapsFLWpA/viewform?usp=sf_link

Qeydiyyat üçün son tarix: 05.10.2024 , 23:59

Neftçi Mühəndislər Cəmiyyətinin əməkdaşlığı ilə təşkil etdiyimiz Buzovna sığınacağına səfərimizdən fotoşəkillər🐾Ziyarət ...
20/04/2024

Neftçi Mühəndislər Cəmiyyətinin əməkdaşlığı ilə təşkil etdiyimiz Buzovna sığınacağına səfərimizdən fotoşəkillər🐾

Ziyarət zamanı Buzovna sığınacağı tərəfindən himayəyə götürülmüş itlər üçün dərman və qida dəstəyi göstərilmişdir. Hər layihəmizdə olduğu kimi bu layihəmizdə də heyvansevərləri bir yerə toplayaraq sevimli dostlarımızla xoş anlar keçirib bu anları ölümsüzləşdirmək üçün fotoçəkilişlər etdik.

Aktiv iştirakınız üçün hər birinizə təşəkkür edirik. Növbəti layihələrimizdə görüşmək diləyi ilə🐾💚

🗣 Dear audience,🤩 We are thrilled to announce that we will be organizing a special visit to "Buzovna Shelter" with the c...
06/04/2024

🗣 Dear audience,

🤩 We are thrilled to announce that we will be organizing a special visit to "Buzovna Shelter" with the cooperation of SPE BHOS SC on April 14.

💫 As animal lovers, we know how much joy and comfort our furry friends bring into our lives, and we want to spread that love even further. We will take care of them by ensuring they receive proper nutrition and love. But we need your help.

💪 Let us show the Power of our Community, and support the beloved animal shelter and furry friends.

❗️Limited spots are available for the upcoming charity event! Don't miss out on this chance to make a difference!

🔗 Use the registration link below to have a hand in our mission:
https://forms.gle/Zw7NTWmXM2TgWW1u5

🙏💖 We are thankful for your generous donations in advance.

“Sevgiyə uzanan əllər-6” adlı sığınacaq səfərimizdən şəkillər🐾💚Digərlərindən fərqli olaraq bu layihəmizdə Pirşağı sığına...
13/02/2024

“Sevgiyə uzanan əllər-6” adlı sığınacaq səfərimizdən şəkillər🐾💚

Digərlərindən fərqli olaraq bu layihəmizdə Pirşağı sığınacağı tərəfindən himayəyə götürülmüş pişik və itləri ziyarət edərək 300kg ət yardımı etdik. Həmçinin ziyarətimiz zamanı qonaqlarımızla birgə balaca dostlarımızın əylənməsi üçün əlimizdən gələni etməyə çalışdıq.Ümid edirik ki, hər biriniz xoş və unudulmaz anlar yaşadınız✨

Aktiv iştirakınız üçün hər birinizə təşəkkürlər. Növbəti layihələrimizdə bir daha görüşmək diləyi ilə🐾

Hər kəsə salamlar🤗BHOS Animal Care Club ailəsi olaraq yeni tədris ilində baş tutacaq ilk layihəmizlə sizlərin qarşınızda...
27/01/2024

Hər kəsə salamlar🤗

BHOS Animal Care Club ailəsi olaraq yeni tədris ilində baş tutacaq ilk layihəmizlə sizlərin qarşınızdayıq💚

Artıq bir çoxlarınıza məlum olan və klubumuzun fəaliyyət göstərdiyi illər ərzində 5 dəfə həyata keçirilən “Sevgiyə uzanan əllər” adlı layihəmizin məqsədi heyvansevərləri bir yerə toplayaraq sevimli dostlarımızla xoş anlar keçirməkdir. Bununla yanaşı ziyarət edilən sığınacaqdakı heyvanları yemlə təmin edərək onların qayğısına qalmaqdır💚🐶 Əlbbəttə ki, keçirilən bu xoş anları ölümsüzləşdirmək üçün foto çəkilişlər də ediləcək.

Hər il olduğu kimi bu il də böyük maraqla qarşılayacağınızdan əmin olduğumuz üçün hər birinizi “Sevgiyə uzanan əllər-6” sığınacaq ziyarətimizə dəvət edirik.

📌Gediş-gəliş üçün avtobus və yem universitet tərəfindən təşkil olunacaq.

📌Görüş yeri: BANM Xətai korpusu
⏰Tarix və saat: 3 fevral , 14:00
📍Pirşağı sığınacağı

❗️İştirak üçün aşağıdakı formu doldurmağı unutmayın.
❗️Yer sayı məhdud olduğu üçün qeydiyyatdan keçməyə tələsin.
❗️ Ziyarətimiz yalnız BANM tələbələri üçün nəzərdə tutulub.

https://docs.google.com/forms/d/e/1FAIpQLSetQYtiS-TVGTvzeUNhyxYLkwnFAedmyPIdV1iLyHreiVR1Kw/viewform?usp=sf_link

Hər kəsə salamlar✨Uzun illərdir təşkil etdiyi layihələri ilə sevimli dostlarımızın qayğısına qalan, BHOS Animal Care Clu...
17/11/2023

Hər kəsə salamlar✨

Uzun illərdir təşkil etdiyi layihələri ilə sevimli dostlarımızın qayğısına qalan, BHOS Animal Care Club🍀 yepyeni komanda üzvləri ilə sizlərin qarşısındadır🐾🐶

Bu yolda heyvansevərləri bir yerə toplayıb yardıma möhtac heyvanlara qayğı göstərilməsi üçün əlimizdən gələni edəcəyik💥

Sizdə bizim layihələrimizə qoşulub əyləncəli və unudulmaz anlar təcrübə edə bilərsiniz🌟🤩

Facebook: https://bit.ly/3JG77I4

İnstagram: https://bit.ly/3v7vMl3

Gmail: [email protected]

BHOS Animal Care Club yeni komanda axtarışındadır🤩Əgər siz də bu klubun bir parçası olmaq istəyirsinizsə aşağıdakı formu...
23/09/2023

BHOS Animal Care Club yeni komanda axtarışındadır🤩

Əgər siz də bu klubun bir parçası olmaq istəyirsinizsə aşağıdakı formu hədəflədiyiniz vəzifəyə uyğun dolduraraq müsahibədə iştak edə bilərsiniz. 🥳

Vəzifələr:

President
Vise president
Designer
PR manager
Coordinator
SMM

Son tarix: 1 Oktyabr

https://rb.gy/bdmtp

Address

Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when BHOS Animal Care Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to BHOS Animal Care Club:

Share