Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyi

Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyi, Youth Organization, Hökümət evi, Baku.

01/03/2026

“Gənclərin Sosial İnteqrasiyası” layihəsinin açılış tədbirindən!

“Gənclərin Sosial İnteqrasiyası” layihəsi başlayır🤩Layihənin əsas məqsədi internat məzun evləri və sığınacaqlarda yaşaya...
25/02/2026

“Gənclərin Sosial İnteqrasiyası” layihəsi başlayır🤩

Layihənin əsas məqsədi internat məzun evləri və sığınacaqlarda yaşayan gənclərin ictimai fəallığının artırılması və sosial inteqrasiyasıdır.

Layihə çərşivəsində müxtəlif təlim, vörkşoplar və sosial fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur😇

Layihədə təlimçi və ya iştirakçı qismində müraciət üçün qeydiyyat linki bio’ da yerləşdirilib.💫

📣Layihənin açılış mərasimi 28 fevral 12:00-da Uşaq Sığınıacağı-Reinteqrasiya Mərkəzində baş tutacaqdır.

"Cəmiyyət və Sosial İnteqrasiya" layihəsinin ictimai müzakirəsində;•Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət ...
26/12/2025

"Cəmiyyət və Sosial İnteqrasiya" layihəsinin ictimai müzakirəsində;

•Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hikmət Verdiyev

•Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Polis Polkovnik Leytenantı Kəmalə Ələkbərova

•Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Abdullayev Yalçın

•Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə

•Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı RMF təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Şahverdiyev Elşən

•DOST Agentliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Şahin Əliyev

•Təhsil eksperti Əmrah Həsənli
•Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri

•Vəkil-Aqşin Məmmədli

•Vəkil-Kənan Jabbarlı

•1 saylı Mediasiya təşkilatının sədri Etibar Həsənov və Cəmiyyət Təşkilatları, Media nümayəndələri, Jurnalistlər və bir sıra qonağlar yer alaraq ictimai müzakirəyə qatıldı.

Bu gün “Sosial məsələlərin həllinə Kömək” İctimai Birliyi tərəfindən “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin təqdim...
26/12/2025

Bu gün “Sosial məsələlərin həllinə Kömək” İctimai Birliyi tərəfindən “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı və “Sosial məsələlərin həllində Kömək” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən, 2026-cı il ərzində bir il davam edəcək “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin əsas məqsədi sosial problemlərin müəyyən edilməsi, mövcud sosial boşluqların xəritələndirilməsi və onların aradan qaldırılmasına yönəlmiş maarifləndirmə və praktiki fəaliyyətlərin icrasıdır.

Layihə çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə işlərin aparılması nəzərdə tutulur:
• Erkən nikah və məişət zorakılığı ilə mübarizə;
• Gənclər arasında dini mövzularda düzgün və sağlam maarifləndirmənin təşkili;
• Regionlarda aktual sosial boşluqların müəyyən edilməsi və bu sahədə birbaşa vətəndaşlarla işin qurulması;
• Vətəndaşların, gənc ailələrin, məktəblilərin və tələbələrin öz vətəndaş hüquqları barədə məlumatlandırılması və hüquqi biliklərinin artırılması.

Keçirilən dəyirmi masada Baş Prokurorluğunun nümayəndəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları (10 region üzrə), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin nümayəndələri, Dövlət Məşğulluq Agentliyinin Abşeron–Xızı regional filialının rəhbərliyi, Ombudsman aparatı, mediasiya təşkilatı, jurnalist və Cəmiyyət təşkilatları iştirak edib.

“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin ilkin ictimai müzakirəsi keçiriləcəkAzərbaycan Respublikası Daxili İşlər Na...
24/12/2025

“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin ilkin ictimai müzakirəsi keçiriləcək

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı və "Sosial Məsələlərin Həllinə kömək" İctimai Birliyinin təşəbbüsü ilə 2026-cı il üçün icrası nəzərdə tutulan “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin ilkin dəyirmi masası və ictimai müzakirəsi keçiriləcək.

Layihənin əsas məqsədi cəmiyyətdə mövcud olan sosial risklərin və maarifləndirmə boşluqlarının aradan qaldırılmasına yönəlmiş davamlı və sistemli maarifləndirmə mexanizmlərinin formalaşdırılmasıdır.
Dəyirmi masanın əsas məqsədi layihənin məqsəd və istiqamətlərinin təqdim edilməsi, maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi, eləcə də 2026-cı il üzrə sosial inteqrasiya sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.

İctimai müzakirə 26 dekabr tarixində, saat 12:00-da, Sumqayıt şəhəri, Yeni Azərbaycan Partiyasının İnzibati binasında baş tutacaq.

Cənab Prezident, doğum gününüz mübarək! 🇦🇿Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dö...
23/12/2025

Cənab Prezident, doğum gününüz mübarək! 🇦🇿

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” ideyalarına söykənən siyasətiniz ölkəmizin davamlı inkişafına, güclənən dövlətçiliyinə və xalqımızın rifahına xidmət edir.
Sizə möhkəm cansağlığı, uzun ömür və bu şərəfli yolda yeni-yeni uğurlar arzulayırıq.

2026-cı il "Şəhərsalma və Memarlıq İli"
23/12/2025

2026-cı il "Şəhərsalma və Memarlıq İli"

18/12/2025

Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının təşkilatçılığı, “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyi və “Azərsun Holdinq”in tərəfdaşlığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi keçirilmişdir.

Nizami rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi keçirilibNizami rayonunda 31 dekabr – D...
18/12/2025

Nizami rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi keçirilib

Nizami rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün şənlik təşkil edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan şənliyin rəsmi hissəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Sosial məsələlərin həllinə kömək” ictimai birliyinin sədri Nərmin Daşdəmirbəyli, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin direktoru Nərminə Zöhrabova, Azərsun Holdinqin İnzibati təsərrüfat departamentinin bölmə rəisi Könül Bəkirova, və başqaları çıxış ediblər, uşaqları bayram münasibətilə təbrik ediblər.
Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xalqımıza bəxş edən Ulu Öndər Heydər Əliyev eyni zamanda uşaqların diqqət mərkəzində saxlanılması, onlara qayğının göstərilməsi ənənəsinin də əsasını qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bütün bayram günlərində, hətta doğum günündə belə uşaqlarla görüşür, onların qayğıları ilə yaxından maraqlanır. Məhz, bu ənənəyə sadiq olaraq təşkil olunmuş tədbirin əsas məqsədi bir daha uşaqları sevindirmək, onlara xoş gün bəxş etməkdir.
Çıxışlardan sonra rəsmi hissəyə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Sonra bayram tortu kəsilib, uşaqlara hədiyyələr verilib.
Şənlik faceart bacarığı, müxtəlif şoular, tanınmış müğənnilərin ifasında mahnılar və rəqslər ilə davam etdirilib. Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar isə şənlik iştirakçılarında unudulmaz həyəcan hissləri doğurub.

Bu gün “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri, dəyərli rəhbərimiz Nərmin xanımın doğum günüdür.Nərm...
10/12/2025

Bu gün “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri, dəyərli rəhbərimiz Nərmin xanımın doğum günüdür.

Nərmin xanım, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Təşkilatımızın inkişafında, sosial layihələrin uğurla həyata keçirilməsində göstərdiyiniz liderlik, dəstək və yüksək peşəkarlıq bizim üçün böyük dəyər daşıyır.

Yeni yaşınız Sizə sağlamlıq, bol uğur, güc və daha böyük nailiyyətlər gətirsin. Sizin rəhbərliyiniz altında sosial yönümlü işlərimizin daha da genişlənəcəyinə inanırıq.

Ad gününüz mübarək, hörmətli Nərmin xanım!
Sizə ən xoş arzularımızla —
Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyi

3 dekabr Beynəlxalq Əlilliyi Olan Şəxslər günü münasibəti ilə "Sosial Məsələlərin Həllinə Kömək" İb sədri Nərmin xanım D...
04/12/2025

3 dekabr Beynəlxalq Əlilliyi Olan Şəxslər günü münasibəti ilə "Sosial Məsələlərin Həllinə Kömək" İb sədri Nərmin xanım Daşdəmirbəyli və "Güvən" Xeyriyyə İB sədri Nigar xanım Bayramlı Beyləqan rayonunda xüsusi qayğıya ehtiyacı olan balacalarla görüşüblər. Təşəbbüs və dəvətə görə Nigar Bayramli xanıma təşəkkür edirik!

25'ə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər həm əylənib həm hədiyyələr əldə ediblər.

Cəmiyyətimizin sosial rifahını artırmaq və onları cəmiyyətə doğru şəkildə inteqrasiya etmək hər bir vətəndaş cəmiyyətinin borcudur!

24/11/2025

Address

Hökümət Evi
Baku

Telephone

+994555239000

Website

Alerts

Be the first to know and let us send you an email when Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyi:

Share