Parlament Jurnalistlər Birliyi

Parlament Jurnalistlər Birliyi Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin rəsmi səhifəsi. Burada təşkilatımızın görd?

Parlament Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan" qəzetinin şöbə müdiri, dostumuz, qazi jurnalist Rəşad Baxşəliyev və...
27/03/2026

Parlament Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan" qəzetinin şöbə müdiri, dostumuz, qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib.
Allah rəhmət eləsin... Yaxınlarına səbr versin

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
23/10/2025

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Budapeştdə Anım Günü: Qərbi Azərbaycan müzakirə edildiBu gün Budapeştdə yerləşən Azərbaycan Evində “Zəngəzur dəhlizinin ...
27/09/2025

Budapeştdə Anım Günü: Qərbi Azərbaycan müzakirə edildi
Bu gün Budapeştdə yerləşən Azərbaycan Evində “Zəngəzur dəhlizinin Azərbaycan–Macarıstan strateji əməkdaşlığının inkişafında rolu” mövzusu ətrafında müzakirələr aparılıb. Toplantının əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri xanım Sevda Fərəcova “Azərbaycan–Macarıstan münasibətləri: çoxölçülü strateji tərəfdaşlıq və Zəngəzur sülh dəhlizinin yaratdığı yeni siyasi reallıq Avropada” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə səfəri, həmin səfər zamanı əldə olunan razılaşmalar da bunun bariz nümunəsidir. Azərbaycanın strateji tərəfdaşı olan Macarıstanla əməkdaşlıq əlaqələrini çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı inkişaf etdirir.
Çıxış zamanı bu ilin avqustunda Vaşinqtonda Azərbaycanın prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan müqavilədən bəhs edilib. Qeyd olunub ki, bu razılaşma təkcə iki ölkə üçün deyil, ümumilikdə bütün region üçün siyasi stabillik, təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə TRIPP dəhlizinin açılması Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasətinə uyğun olaraq region ölkələri ilə iqtisadi inteqrasiyanı gücləndirəcək. Bu layihə Mərkəzi Avropada yerləşən Macarıstanın tranzit və logistika qovşağına çevrilməsinə şərait yarada bilər. İxrac və idxal imkanlarının genişlənməsi nəticəsində Macarıstan biznesi üçün yeni bazarlar açılacaq.
Budapeştdəki Azərbaycan Evinin rəhbəri cənab İbrahim Səfərli “Azərbaycanın Macarıstanla münasibətlərinin inkişafında diasporun rolu” mövzusunda çıxış edərək Macarıstanda yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliğində və iki ölkə arasında əlaqələrin möhkəmlənməsində oynadığı rolu vurğulayıb. Çıxış zamanı 27 Sentyabr tarixinin Azərbaycanda Anım günü kimi qeyd olunduğu vurğulanıb, bu tarixin Azərbaycan üçün Zəfərlə bitən savaş tarixinin önəmli səhifəsi kimi qiymətləndirilib.
Tədbirdə həmçinin Tərəfsiz Jurnalistlər İctimai Birliyinin təmsilçisi Tuncay Eyvazlı “Qərbi Azərbaycanın tarixi və mədəni irsinin xarici mediada tanıdılması” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana qayıdış xarici mediada” layihəsini icra edir. Layihə çərçivəsində mövzu ilə bağlı yerli televiziyalarda verilişlər hazırlanıb, xarici ölkələrin media orqanlarında silsilə yazılar dərc edilib.
Daha sonra toplantı iştirakçılarına dünyanın siyasi gündəmində olan Zəngəzur və Qərbi Azərbaycan haqqında ətraflı məlumat verilib, bu bölgənin tarixi, coğrafi ərazisi, əhalisi, mədəniyyəti, memarlıq abidələri, mətbəx və ənənələri kimi maraqlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin yekununda bölgəyə həsr edilmiş fotosərgiyə baxış keçirilib. Əsasən əcnəbi tələbələr və Macarıstanda yaşayan digər xalqların nümayəndələrindən ibarət olan tədbir iştirakçıları bu bölgənin zəngin tarixi-mədəni irsini əks etdirən fotolarla yaxından tanış olublar.

“Qərbi Azərbaycana qayıdış – xarici mediada” Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyi Azərbaycan Respublikasını...
15/08/2025

“Qərbi Azərbaycana qayıdış – xarici mediada”
Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana qayıdış – xarici mediada” layihəsini icra edir. Layihənin əsas məqsədi Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın taleyini, tarixi yaddaşını və qayıdış hüququnu beynəlxalq auditoriyaya çatdırmaqdır.
Layihə çərçivəsində bu ilin sentyabrında Macarıstanın Budapeşt şəhərində Qərbi Azərbaycan mövzusunda konfrans və tematik fotosərginin keçirilməsi planlaşdırılır. Tədbirdə xarici media nümayəndələrinin, yerli ictimaiyyətin, diplomatların və tədqiqatçıların iştirakı planlaşdırılır.
Bundan əlavə, layihə çərçivəsində xarici media orqanlarında Qərbi Azərbaycana dair müxtəlif səpkili yazıların dərci təmin edilir, yerli internet televiziyalarında silsilə proqramlar hazırlanır.

Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycana qa...
24/06/2025

Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən layihələrlə bağlı brifinqində təmsil olunub. Tədbirdə təşkil edilən sərgidə PJB-nin layihə çərçivəsində hazırladığı məhsullar, xarici mediada dərc olunan yazıların nüsxələri, verilişlərin diskləri təqdim olunub.

20/09/2024
Xaricdəki tələbəmiz 5 Avropa ölkəsinin mətbuatında Qarabağ mədəniyyətinə dair çıxış edib Avropanın aparıcı ölkələrinə ai...
23/07/2024

Xaricdəki tələbəmiz 5 Avropa ölkəsinin mətbuatında Qarabağ mədəniyyətinə dair çıxış edib

Avropanın aparıcı ölkələrinə aid media orqanlarında zəngin Qarabağ mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən təbliğat xarakterli yazılar dərc edilib. İngiltərə, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriya mətbuatında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlanıb. Məqalələrdən biri UNESCO irsi sayılan muğamın Qarabağda tarixi, yerli xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarı bülbül” festivalı və digər məqamlara həsr edilib. Məqalələrdə həmçinin Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edlən mədəniyyət müəssisələri barəsində də məlumat verilib.

Məqalələrdə Azərbaycanın rəsmi qurumları – Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agenliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.
Yazılar İngiltərənin “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın 3 dildə yayımlanan “Newsday” saytında dərc edilib.

Qeyd edək ki, məqalələr maliyyə dəstəyilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” çərçivəsində hazırlanıb. Məqalələrin müəllifi Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlıdır.

Address

Baku

Telephone

+994124659574

Alerts

Be the first to know and let us send you an email when Parlament Jurnalistlər Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Parlament Jurnalistlər Birliyi:

Share