12/12/2025
🇦🇿 SOCAR Azneft İstehsalat Birliyində sualtı dron layihəsinin təqdimatı 💻
Bu gün SOCAR-ın Azneft İstehsalat Birliyində yüksək texnoloji sualtı dron layihəmizin təqdimatı keçirildi. Görüş çərçivəsində layihənin dəniz mühitində monitorinq, infrastrukturun vəziyyətinin qiymətləndirilməsi və əməliyyat xərclərinin azaldılması kimi mühüm istiqamətlər üzrə təqdim etdiyi innovativ imkanlar müzakirə olundu.
İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini Nərmin Əzimli layihə ilə bağlı ilkin anlayışın formalaşması üçün prezentasiyanı təqdim etdi, layihənin ümumi çərçivəsi və tətbiq imkanları haqqında məlumat verdi.
Daha sonra İRS GROUP-un direktoru və İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyinin həmtəsisçisi və sədri Rəvan Kazımov çıxış edərək layihənin texnoloji üstünlüklərini, istehsalat proseslərində yaratdığı dəqiqlik və effektivlik faktorlarını, həmçinin SOCAR üçün strateji əhəmiyyət kəsb edən tətbiq ssenarilərini təqdim etdi.
Görüşdə həmçinin layihə meneceri Canqulu Səlimov və ictimai əlaqələr üzrə katib Arzu Baxşıyeva texniki xüsusiyyətlər, əməliyyat qabiliyyəti və inteqrasiya perspektivləri barədə əlavə məlumat verərək sualları cavablandırdılar.
Tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparıldı və təqdim edilən həllin sənaye proseslərinə real töhfə verə biləcəyi xüsusi olaraq vurğulandı. Layihə maraqla qarşılandı və gələcək əməkdaşlıq imkanları üzrə ilkin istiqamətlər müzakirə edildi.
İnnovasiya yönümlü, yüksək dəqiqlikli və strateji dəyər yaradan texnoloji həllərin tətbiqinə davam edirik. 🇦🇿
🇦🇿