Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi

Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi Sağlam ruh, sağlam gələcək üçün!

31/03/2022
Tiklər, əsasən, 3-6 və 12-15 yaş arasında müşahidə edilir. Yəni, məktəbəqədər və yeniyetməlik dövründə. Bu da səbəbsiz d...
14/02/2022

Tiklər, əsasən, 3-6 və 12-15 yaş arasında müşahidə edilir. Yəni, məktəbəqədər və yeniyetməlik dövründə. Bu da səbəbsiz deyil, çünki bu, yaşarası keçid dövrü sayılır və daha çox diqqət verilməsi tələb olunur. Yadda saxlamaq lazımdır ki, istər azyaşlının, istərsə də istərsə də yeniyetmənin sonrakı inkişafı məhz bu dövrdən çox asılıdır.

3-6 yaş – məktəbəqədər yaş dövrünü əhatə edir. Bu mərhələdə uşaqlar sevgi ilə əhatə olunduğu mühitdən, doğmalarından ayrılıb bağçaya, məktəbə və hazırlıq qrupuna getməyə məcbur qalır. Elə bu zamandan da uşağın əsas qorxuları başlanır. O, “anam məni atıb gedəcək” deyə düşünərək, həyəcan və narahatlıq keçirir ki, bu da uşağın psixologiyasına öz mənfi təsirini göstərir.

Yeni mühitə, tanımadığı uşaqlara, müəllim və məktəb həyatına uyğunlaşma xüsusi hazırlıq tələb etdiyinə görə, valideynlər bunu mütləq diqqətdə saxlamalıdırlar. Adətən, uşağını bağçaya və ya məktəbə hazırlaşdıran valideynin ilk vəzifəsi balacaya təzə paltar, yeni oyuncaqlar, yaxud məktəb ləvazimatı almaq olur.  

Bir çox ata-ana hazırlıq prosesini bununla bitmiş hesab edir və diqqət veriləsi ən vacib məqam – uşağın yeni mihitə psixoloji hazırlığı ya arxa plana keçir, yaxud da heç yada düşmür.

12-15 yaş isə yeniyetməlik, yaxud da el arasında deyildiyi kimi, “dəliqanlılıq” dövrü adlanır.

Valideynlərlə yeniyetmələr arasında toqquşmalar, anlaşmazlıqlar məhz bu dövrdə p*k həddinə çatır. Burada ulularımızın “dəliqanlılıq” ifadəsi lap yerinə düşür. Davranışlarında çılğınlıq müşahidə olunan yeniyetmənin hərəkətlərini bəzi halda ətraf normal qarşılayır, hətta bir çox hallarda yaşlı nəsil “fikir verməyin, qanının qaynayan vaxtıdır” deyib, narahatlıq keçirməməyi məsləhət görürlər. Əslində isə yeniyetmənin çılğınlığı, yaxud da susqunluğu bir növ həyəcan siqnalıdır. Məhz bu yaşda yeniyetmələr özlərini təsdiqə meyilli olurlar ki, bu da mütləq diqqətdə saxlanılmalıdır.

Uşaqlar dünyanı fərqli şəkildə qavrayırlar. Məktəbəqədər yaş dövründə uşağın təfəkkürü sürətlə inkişaf edir və bu səbəbd...
10/02/2022

Uşaqlar dünyanı fərqli şəkildə qavrayırlar. Məktəbəqədər yaş dövründə uşağın təfəkkürü sürətlə inkişaf edir və bu səbəbdən uşağın yeni təcrübə qazanması üçün böyüklərin, xüsusən də valideynlərin məqsədyönlü iştirakı tələb olunur. Uşağın necə düşündüyünü bilərək, onu daha yaxşı başa düşə və körpə ilə daha da xoş və məhsuldar ünsiyyət qura bilərsiniz.

Uşaqlarda təfəkkürün inkişaf mərhələləri

Məktəbəqədər yaş dövründə uşaqlar üçün təfəkkürün üç növü xarakterikdir:

• Əyani-əməli təfəkkür 3 yaşına qədər uşaqlarda üstünlük təşkil edir. Təfəkkürün bu növü ən çox əşyalar üzərində praktik fəaliyyətlə bağlıdır. Uşaq oyuncaqları atır, əşyaları dəliklərə itələyir, əşyaları hissələrə ayırır, düymələri basır və s. Bu yolla uşaqlar təcrübə qazanır və ilk səbəb-nəticə əlaqələrini qururlar (məsələn, top güclü atılarsa, çox uzaqlaşacaq).

• Əyani-obrazlı təfəkkür  3-4 yaşda nitqin inkişafı  ilə əlaqədar olaraq formalaşır. Yaddaşda saxlanılan görüntülər sayəsində uşağa artıq obyektlər üzərində real hərəkətlər etmək lazım deyil. Bu düşüncə növünün inkişafına, xüsusilə rəsm və konstruktor oyuncaqları ilə oynamaq kimi fəaliyyətlər təsir göstərir.

• Məntiqi təfəkkür məktəbə qədər uşaqlarda obrazlı təfəkkür  əsasında formalaşmağa başlayır. 5-7 yaşda  uşaq bəzi abstrakt anlayışlar (məsələn, həqiqət, zaman və s.) haqqında mülahizə yürüdə bilir. Səbəb-nəticə əlaqələrini qurmaq, mülahizə yürütmək, müqayisə etmək və ümumiləşdirmək qabiliyyəti məntiqi təfəkkürün əlamətləridir.

Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də bağç...
08/02/2022

Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də bağçada aparılan tərbiyə nəticəsində uşaqların oyun prosesində onların təsəvvür ehtiyatı xeyli artır, yaddaş fəaliyyəti, təfəkkürləri inkişaf edir, uşaqlarda yeni tələbatlar əmələ gəlir. Bütün bunlar isə onların təxəyyüllərinin geniş və məzmunlu xarakter alması ilə nəticələnir.
İstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaş dövrü olsun, ümumiy­yətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf edir.
3-4 yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir. Uşaq edə  bilməyə­cəyi bir iş görmək istəyir, özünü kiməsə  oxşatmaq, bənzətmək istəyir. Oyun pro­se­­­sində uşaq özünü atın üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, mü­­əllimə, həkimə bənzədir. Uşaq öz oyununda təqlid yolu ilə bu peşə sahiblə­­rinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir ki, bütün bunlar uşağın idrakına, psixikasının inkişafına güclü təsir edir. Uşaq oyun prosesində cisimlərin əlamətlərini, insanların funksiyalarını, insanlar  arasındakı münasibətləri dərk etməyə başlayır. Oyun prosesində uşaq ancaq gördüklərini mütləq mənada təkrar etmir. O, öz oyununda əks etdirdiyi, təqlid etdiyi işə, hərəkətə yeni, nəyi isə əlavə edir. Uşağın oyun fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır.Uşağın təxəyyülünün yaradıcı funksiyası özünü büruzə verir.  Uşaq şəraiti dəyişdirir, predmetləri yeni qaydada yerləşdirməyə can atır, əşyalara özü bildiyi  funksiyaları həvalə edir. Uzun ağac parçası-ata, stul- avtomobilə, gəlinciklər- müəl­limə, anaya, uşağa çevrilir.

Address

Ziya Bünyadov Prospekti, 38
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994702682708

Alerts

Be the first to know and let us send you an email when Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share