Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

  • Home
  • Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmi hesabı Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir.

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında «Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti» kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci ta

rixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-cu tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır.

İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir.

İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir. Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin - Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür. Eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vasitəsilə Beynəlmiləl Həmkarlar İttifaqları Konfederasiyasının (İTUC) və Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (VKP) işlərində yaxından iştirak edərək, qeyd edilən təşkilatlarla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini həyata keçirir.

Beynəlxalq üzgüçülük yarışlarında istifadə olunan hovuzlar xüsusi texniki standartlara uyğun hazırlanır. Ölçü, su temper...
30/05/2026

Beynəlxalq üzgüçülük yarışlarında istifadə olunan hovuzlar xüsusi texniki standartlara uyğun hazırlanır. Ölçü, su temperaturu və avadanlıqların yerləşdirilməsi yarış nəticələrinin dəqiqliyi və idmançıların təhlükəsizliyi baxımından mühüm rol oynayır.

Müasir hovuz infrastrukturu dalğalanmanın azaldılması, start və dönüş hərəkətlərinin optimallaşdırılması kimi texniki xüsusiyyətlərlə təchiz olunur. Bu yanaşma yarışların beynəlxalq qaydalara uyğun keçirilməsini təmin edir.

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, satirik şair və ictimai xadim Mirzə Ələkbər Sabirin anadan olmasın...
30/05/2026

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, satirik şair və ictimai xadim Mirzə Ələkbər Sabirin anadan olmasının 164 ili tamam olur.

Mirzə Ələkbər Sabir 30 may 1862-ci ildə Şamaxı şəhərində anadan olub. O, Azərbaycan satirik ədəbiyyatının ən böyük nümayəndələrindən biri kimi tanınıb, yaradıcılığında cəmiyyətin sosial problemlərini, savadsızlığı və geriliyi tənqid edib.

Şair uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olub, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edərək satirik şeirləri ilə geniş şöhrət qazanıb. Onun “Hophopnamə” əsəri Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələri sırasında yer alır.

Mirzə Ələkbər Sabir 12 iyul 1911-ci ildə Şamaxı şəhərində vəfat edib.

28 May - Azərbaycanın Müstəqillik Günüdür.Bu tarix 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman Şərq...
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günüdür.

Bu tarix 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman Şərqində ilk parlamentli və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün kimi tarixə düşüb.

Qurban Bayramınız mübarək!Bayramın hər kəsə sağlamlıq, rahatlıq və bərəkət gətirməsini arzulayırıq.
27/05/2026

Qurban Bayramınız mübarək!

Bayramın hər kəsə sağlamlıq, rahatlıq və bərəkət gətirməsini arzulayırıq.

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, nasir və publisist, Xalq yazıçısı İlyas Əfəndiyevin ana...
26/05/2026

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, nasir və publisist, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 112 ili tamam olur.

İlyas Əfəndiyev 26 may 1914-cü ildə Füzuli rayonunun Saracıq kəndində anadan olub. O, Azərbaycan dramaturgiyası və nəsrinin inkişafında mühüm rol oynayıb, uzun illər ədəbi fəaliyyətlə məşğul olub.

Yazıçının “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Geriyə baxma, qoca” kimi əsərləri Azərbaycan ədəbiyyatı və teatr sənətində xüsusi yer tutur. Onun pyesləri uzun illər teatr səhnələrində uğurla nümayiş etdirilib.

İlyas Əfəndiyev eyni zamanda publisistik fəaliyyətlə məşğul olub, Azərbaycan Yazıçılar Birliyində müxtəlif vəzifələrdə çalışıb. Və 1979-cu ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakı şəhərində vəfat edib.

Azərbaycanda peşəkar teatr sənətinin formalaşması XIX əsrdə başlayıb və bu proses milli mədəniyyət tarixində mühüm mərhə...
26/05/2026

Azərbaycanda peşəkar teatr sənətinin formalaşması XIX əsrdə başlayıb və bu proses milli mədəniyyət tarixində mühüm mərhələ kimi yadda qalıb. 1873-cü ildə Bakı Real Məktəbinin şagirdləri tərəfindən Mirzə Fətəli Axundzadə-nin əsərinin səhnələşdirilməsi Azərbaycan milli teatr tarixinin başlanğıcı hesab olunub.

Bu tamaşa ölkədə səhnə sənətinin inkişafına təkan verib, sonrakı illərdə peşəkar teatr ənənələrinin formalaşmasına zəmin yaradıb.

Bu gün Azərbaycan teatrı zəngin repertuarı, müxtəlif janrlı tamaşaları və peşəkar sənət məktəbi ilə milli mədəniyyətimizin vacib istiqamətlərindən biri olaraq inkişafını davam etdirir.

Azərbaycanın ilk pianoçu xanımı, görkəmli musiqiçi və pedaqoq Xədicə Qayıbovanın anadan olmasının 133 ili tamam olur.Xəd...
25/05/2026

Azərbaycanın ilk pianoçu xanımı, görkəmli musiqiçi və pedaqoq Xədicə Qayıbovanın anadan olmasının 133 ili tamam olur.

Xədicə Qayıbova 24 may 1893-cü ildə Tiflis şəhərində anadan olub. O, Azərbaycanın ilk peşəkar qadın pianoçularından biri kimi tanınıb və milli musiqimizin inkişafında mühüm rol oynayıb.

Xədicə Qayıbova Tiflisdə Müqəddəs Nina Qızlar Məktəbində təhsil alıb, burada fortepiano üzrə peşəkar musiqi təhsili alıb. 1919-cu ildə Bakıya köçərək ölkənin musiqi həyatında fəal iştirak edib, Azərbaycan Dövlət Konservatoriyasının yaradıcılarından biri olub. O, fortepianoda muğam ifa edən ilk Azərbaycan qadın musiqiçilərindən biri kimi şöhrət qazanıb.

Musiqiçinin təşəbbüsü ilə qadınlar üçün musiqi-dram studiyası, qısamüddətli Şərq musiqi kursları və uşaq xoru yaradılıb. Xədicə Qayıbova həm pedaqoji, həm də maarifçi fəaliyyəti ilə Azərbaycan musiqi mədəniyyətinə böyük töhfə verib.

Xədicə Qayıbova 1938-ci ildə siyasi repressiya qurbanı olub və həmin il Bakı şəhərində vəfat edib.

Bu gün görkəmli Azərbaycan memarı, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ilk peşəkar memarlarından biri Zivər bəy Əhmədb...
25/05/2026

Bu gün görkəmli Azərbaycan memarı, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ilk peşəkar memarlarından biri Zivər bəy Əhmədbəyovun anadan olmasının 153 ili tamam olur.

Zivər bəy Əhmədbəyov 15 may 1873-cü ildə Şamaxı şəhərində anadan olub. O, Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsil alıb və Azərbaycanda peşəkar memarlıq məktəbinin formalaşmasında mühüm rol oynayıb.

Memar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində bir sıra tarixi tikililərin layihə müəllifi olub. Onun layihələri əsasında Təzəpir məscidi, Göy məscid, Əmircan məscidi və digər memarlıq abidələri inşa edilib. Zivər bəy Əhmədbəyov milli memarlıq üslubunu Şərq və Avropa memarlıq elementləri ilə birləşdirən memarlardan biri kimi tanınıb.

O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı vəzifəsində çalışıb, şəhərsalma və memarlıq sahəsində mühüm fəaliyyət göstərib.

Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakı şəhərində vəfat edib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvlər və onların övladları üçün asudə vaxtın səmərəli və əyləncəli təşkili məqsə...
22/05/2026

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvlər və onların övladları üçün asudə vaxtın səmərəli və əyləncəli təşkili məqsədilə keçirilən “Yaradıcı Həmkar Ailəsi” layihəsinin növbəti master-klassı baş tutacaq.

Məlumat üçün bildiririk ki, master-klassda iştirak hüququnu qeydiyyatdan keçmiş ilk 15 üzv (bir övladı ilə birlikdə) qazanacaq. Master-klass 30 may 2026-cı il tarixində, saat 12:00-da keçiriləcək. Master-klass Eko Çanta üzərində rəsm çəkilməsi mövzusuna həsr olunacaq.

Qeyd: Üzvlər master-klassa yalnız 6–12 yaş arası bir övladı ilə qatıla bilərlər.

Ünvan: Xətai rayonu, Yeryomenko küçəsi 73 (Simurq Plaza, 8-ci mərtəbə), Ali Məhkəmənin arxası, 5 saylı DOST mərkəzinin yanı.

Qeydiyyat linki: https://forms.gle/uF6iUbjYZJZhJiqXA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, Sabir Rüstəmxanlı Azərbaycan ə...
20/05/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Sabir Rüstəmxanlı uzun illər ərzində Azərbaycan ədəbiyyatı, publisistikası və ictimai fikir sahəsində fəaliyyət göstərərək milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfələr verib.

Təltif münasibətilə Sabir Rüstəmxanlını təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.

Bu gün Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 119 ili tamam o...
20/05/2026

Bu gün Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 119 ili tamam olur.

Həqiqət Rzayeva 20 may 1907-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan opera sənətinin ilk qadın nümayəndələrindən biri kimi tanınıb və uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərib.

Sənətkar xüsusilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, “Əsli və Kərəm” operasında Əsli, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar obrazlarını uğurla canlandırıb. O, həmçinin xalq mahnıları və muğamların ifası ilə də dinləyicilərin rəğbətini qazanıb.

Həqiqət Rzayeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, gənc vokalçıların yetişməsinə töhfə verib. 1943-cü ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.

Həqiqət Rzayeva 2 avqust 1969-cu ildə Bakı şəhərində vəfat edib.

Address


Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124621067

Website

Alerts

Be the first to know and let us send you an email when Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share