Azerbaijan Children Foundation

Azerbaijan Children Foundation Azərbaycan Uşaq Fondu

01/06/2026

Bu payız ailənizlə birlikdə yaradıcılıq və rəng dolu bir təcrübənin parçası olun ✨

“Uşaqlığın Rəngləri — Bakı” festivalında uşaqları maraqlı fəaliyyətlər, valideynləri isə birlikdə yaradılan unudulmaz xatirələr gözləyir.

🎟️ Biletlər artıq satışdadır!
Biletləri link vasitəsilə əldə edin.

https://azuf.az/rengler-festivali/

📅 4–6 sentyabr
📍 Bakı İdman Sarayı

#краскидетства2026
#краскидетствабаку

Azərbaycan Uşaq Fondu olaraq bu gün Yasəmən balamızı ziyarət etdik və xeyriyyəçilərimizin dəstəyi ilə onun müalicəsinin ...
13/05/2026

Azərbaycan Uşaq Fondu olaraq bu gün Yasəmən balamızı ziyarət etdik və xeyriyyəçilərimizin dəstəyi ilə onun müalicəsinin davam etdirilməsi üçün nəzərdə tutulan maliyyə yardımını təqdim etdik.

Bu həssas dönəmdə dəstək olan hər kəsə təşəkkür edirik.
Yasəmənə Allahdan şəfa diləyirik.




V Uşaq Kitab Festivalının ilk günündə Zəhra Bədəlbəyli və Səid Riad ilə keçirilən görüş və imza saatından fotolar ✨📚13–1...
13/05/2026

V Uşaq Kitab Festivalının ilk günündə Zəhra Bədəlbəyli və Səid Riad ilə keçirilən görüş və imza saatından fotolar ✨📚

13–17 may tarixlərində keçirilən V Uşaq Kitab Festivalında sizi YENİ KİTABLAR, möhtəşəm ENDİRİMLƏR, əyləncəli fəaliyyətlər, sevdiyiniz yazıçılarla görüşlər və imza saatları gözləyir. 📚✨

Heç bir qeydiyyat tələb olunmur — hər kəs iştirak edə bilər.
Gəlin, kitabla böyüyək! 🫶🏻📖

🕙 Saat: 10:00–20:00
📍 Məkan: Bakı İdman Sarayı (Dəniz Mall-ın yanı)



:

Bu gün Azərbaycan Uşaq Fondu olaraq əkiz bacılar Aida və Sofianın eşitmə aparatlarının ayarlanması prosesində onların ya...
08/05/2026

Bu gün Azərbaycan Uşaq Fondu olaraq əkiz bacılar Aida və Sofianın eşitmə aparatlarının ayarlanması prosesində onların yanında olduq. 💙

Balacalarımızın daha rahat eşitməsi və gündəlik həyata daha yaxşı uyğunlaşması üçün prosesi yaxından izləyərək ailəyə dəstək göstərdik.

Xeyriyyəçilərimizin dəstəyi sayəsində aparatlarda yaranmış ehtiyac hissələrinin sifarişi həyata keçirilib.

Siz də dəstəyinizlə bir uşağın həyatında böyük dəyişiklik yarada bilərsiniz. 🤍

Hər uşaq qaçmaq, oynamaq, dünyanı kəşf etmək istəyir…Amma bəziləri üçün bu, sadəcə bir arzudur.Azərbaycan Uşaq Fondu ola...
30/04/2026

Hər uşaq qaçmaq, oynamaq, dünyanı kəşf etmək istəyir…
Amma bəziləri üçün bu, sadəcə bir arzudur.
Azərbaycan Uşaq Fondu olaraq biz bu arzuları gerçəyə çevirmək üçün əl arabaları yığımı aksiyasına başlamışıq.
Hərəkət etməkdə çətinlik çəkən uşaqlara bir ümid olmaq istəyirik.
Sənin kiçik dəstəyin bir uşağın həyatında böyük dəyişiklik yarada bilər.
Bir əl arabası – sadəcə bir vasitə deyil, azadlıqdır, sevincdir, gələcəyə atılan addımdır.
Bu çağırışı paylaş, daha çox insana çatdıraq.
Bəlkə də sənin paylaşımın bir uşağın həyatını dəyişəcək.
Əlaqə:0506868454 (Elman bəy)

Bu gün Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli xanımın doğum günüdür!Sizi ürəkdən təbrik edirik 💙Uşaqların rifah...
28/04/2026

Bu gün Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli xanımın doğum günüdür!

Sizi ürəkdən təbrik edirik 💙
Uşaqların rifahı və gələcəyi naminə gördüyünüz bütün dəyərli işlərə görə təşəkkür edirik. Sizin fədakarlığınız və qayğınız hər zaman ilham verir.

Sizə möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq! ✨

Doğum gününüz mübarək!

Uşaqların psixikasını zədələyən oyunlar var…Bəzi oyunlar sadəcə əyləncə deyil — onlar uşağın düşüncəsinə, davranışına və...
16/04/2026

Uşaqların psixikasını zədələyən oyunlar var…
Bəzi oyunlar sadəcə əyləncə deyil — onlar uşağın düşüncəsinə, davranışına və emosional vəziyyətinə təsir edir.

📌 Aqressiyanı artıran
📌 Qorxu və stress yaradan
📌 Reallıq hissini zəiflədən oyunlar

Uşaqların dünyası saf və həssasdır. Onların gördüyü hər şey gələcək davranışlarını formalaşdırır.

Biz böyüklər olaraq seçimlərinə diqqət etməli və onları düzgün istiqamətləndirməliyik.

💙 Sağlam uşaqlıq — sağlam gələcəyin əsasdır.

Aprelin 10-da Heydər Əliyev Sarayında Bakı məktəbləri arasında Şən və Hazırcavablar Klubu (ŞHK) festivalı keçirilib. Təd...
15/04/2026

Aprelin 10-da Heydər Əliyev Sarayında Bakı məktəbləri arasında Şən və Hazırcavablar Klubu (ŞHK) festivalı keçirilib. Tədbir “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı, mərhum Anar Məmmədxanovun xatirəsinə həsr olunub.

AR Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşaq Fondunun dəstəyi ilə keçirilən “ŞHK Junior Liqa – Anar Məmmədxanov Kuboku” çərçivəsində Bakının 18 məktəbinin komandaları bir səhnədə bir araya gələrək yumor, improvizasiya, operativ düşüncə və komanda ruhunu nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən gecə tamaşaçılara parlaq və enerjili çıxışlarla yadda qalıb.

Gecənin bədii rəhbəri və aparıcısı Səməndər Rzayev olub, o, proqramın dinamik və yüksək əhval-ruhiyyədə keçməsinə xüsusi töhfə verib. Münsiflər heyətində Murad Dadaşov, Cavid Şahbazbəyov, Zəhra Bədəlbəyli, İradə Məmmədxanova, Hacı Nuran Hüseynov və Nəriman Abdullayev yer alıblar.

Sonda Cavid Şahbazbəyov qeyd edib ki, bu parlaq və enerjili ŞHK gecəsi gənclər üçün böyük səhnəyə aparan yolun başlanğıcıdır və layihə ŞHK nəslinin formalaşmasına töhfə verməyə davam edəcək.

💙 3 dostunu işarələ və xeyirin mövcud olduğunu sübut etBəlkə də bu post kiminsə həyatını dəyişəcək.Bu layihə çərçivəsind...
14/04/2026

💙 3 dostunu işarələ və xeyirin mövcud olduğunu sübut et

Bəlkə də bu post kiminsə həyatını dəyişəcək.

Bu layihə çərçivəsində ağır xəstəliklərlə mübarizə aparan uşaqlara dəstək toplanır.
Toplanan hər bir vəsait yalnız müalicə üçün, təyinatı üzrə istifadə olunur.

📌 Bizdə tam şəffaflıq var:
• bütün daxil olan ianələr qeyd olunur
• xərclər açıq şəkildə izlənilir
• mütəmadi hesabat paylaşılır

Çünki bəzən bir həyat
bir “etdim” mesajından asılı olur.

Ramazan və Novruz bayramlarının gətirdiyi sevinc hər bir evə dolsun 💙Qoy uşaqların gülüşü dünyanı daha da gözəlləşdirsin...
20/03/2026

Ramazan və Novruz bayramlarının gətirdiyi sevinc hər bir evə dolsun 💙
Qoy uşaqların gülüşü dünyanı daha da gözəlləşdirsin, hər bir uşaq sevgi və qayğı ilə böyüsün.

Address

Governmental House
Baku
AZ1000

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Children Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaijan Children Foundation:

Share