Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi, Non-Governmental Organization (NGO), İstiqlaliyyət küç. 15, Astara.

Astara rayonu Pəlikəş kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Mikayılov Ədalət Seyfulla oğlunun 60 illik yubileyi m...
26/05/2026

Astara rayonu Pəlikəş kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Mikayılov Ədalət Seyfulla oğlunun 60 illik yubileyi münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Ədalət müəllimi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi məsuliyyətli, dürüst və fədakar fəaliyyətini xüsusi vurğulamışlar.

Yubiley tədbirində Ədalət müəllimin pedaqoji fəaliyyətindən, məktəb kollektivində qazandığı nüfuzdan və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərdən bəhs edilmiş, ona gələcək fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulanmışdır.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Ədalət müəllim fəxri fərman və hədiyyə ilə təltif olunmuşdur.




Astara rayonu Cəfər Cabbarlı adına Kakalos kənd tam orta ümumtəhsil məktəbinin bir qrup müəllimləri Sanatoriya-Kurort El...
24/05/2026

Astara rayonu Cəfər Cabbarlı adına Kakalos kənd tam orta ümumtəhsil məktəbinin bir qrup müəllimləri Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemindən keçərək, Quba rayonunda yerləşən Nazlı Bulaq İstirahət Mərkəzində istirahət etmişlər.

Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, sosial rifahının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və əmək fəaliyyətində motivasiyalarının artırılması məqsədilə təşkil olunan bu istirahət proqramı iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanmışdır.

İstirahət müddətində müəllimlər Qubanın füsunkar təbiətindən zövq almış, xoş və yaddaqalan anlar yaşamış, həmçinin səmimi ünsiyyət və gözəl istirahət imkanından faydalanmışlar. Bu cür layihələr təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, onların gələcək fəaliyyətinə də müsbət təsir göstərir.



Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov Respublika Fənn Olimpiadalarında...
21/05/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov Respublika Fənn Olimpiadalarında uğur qazanan şagirdlərimizi təbrik edib.

Respublika Fənn Olimpiadalarında Astara rayonu Pensər kəndi Zülfüqar Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdləri yüksək nəticə göstərərək qaliblər sırasına daxil olublar.
Məktəbin şagirdi

1. Şahverdiyev Rəsul İlkin oğlu biologiya fənni üzrə qızıl medal.
2.Abiyev Hikmət Fikrət oğlu fizika fənni üzrə gümüş medal.

ETİHİ Astara Rayon Komitəsi Cabir Hüseynov şagirdləri qazandıqları nailiyyət münasibətilə təbrik edərək onlara gələcək təhsillərində və elmi fəaliyyətlərində yeni uğurlar arzulayıb. O, həmçinin bu uğurda əməyi olan müəllim və valideynlərə təşəkkürünü bildirib.
Sonda olimpiada qaliblərinə hədiyyələr təqdim olunub, onların müəllimləri isə təşəkkürnamə ilə təltif ediliblər.



Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə Astara rayonu Yaqub Ağayev adına A...
14/05/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə Astara rayonu Yaqub Ağayev adına Artupa kənd tam orta ümumtəhsil məktəbinin idman zalında ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri arasında Voleybol yarışı keçirilmişdir.

Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və təhsil işçiləri arasında kollektiv həmrəyliyin gücləndirilməsi məqsədilə təşkil olunan yarış yüksək əhval-ruhiyyə və böyük maraq şəraitində baş tutmuşdur. Yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən komandalar iştirak etmiş, iştirakçılar oyun ərzində öz bacarıq, çeviklik və komanda ruhunu nümayiş etdirmişlər.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən:
🥇 I yer — Sım kənd tam orta məktəbi
🥈 II yer — Motolayataq kənd tam orta məktəbi
🥉 III yer — Tüləkuvan kənd tam orta məktəbi

Qalib komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşlar.

Tədbirin sonunda çıxış edənlər bu cür idman yarışlarının müəllimlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, sağlam həyat tərzinin təşviqinə və kollektiv ruhun güclənməsinə mühüm töhfə verdiyini vurğulamış, gələcəkdə də bu kimi tədbirlərin davamlı olaraq təşkil ediləcəyini qeyd etmişlər.



Astara şəhəri Fərman Əliyarov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri...
12/05/2026

Astara şəhəri Fərman Əliyarov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Ağayev Elman Vəli oğlunun 65 illik yubileyi münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Elman müəllimi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi məsuliyyətli, dürüst və fədakar fəaliyyətini xüsusi vurğulamışlar.

Çıxışlarda qeyd olunmuşdur ki, Elman müəllim zəngin pedaqoji təcrübəsi, yüksək mənəvi keyfiyyətləri və vətənpərvər mövqeyi ilə həmkarları və şagirdləri arasında böyük hörmət və nüfuz qazanmışdır. Onun yetişdirdiyi şagirdlərin bu gün cəmiyyətin müxtəlif sahələrində layiqincə fəaliyyət göstərməsi müəllim əməyinə verilən ən böyük qiymətin bariz nümunəsi kimi dəyərləndirilmişdir.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Elman müəllim fəxri fərman və hədiyyə ilə təltif olunmuşdur.




Astara rayonu Şiyəkəran kənd körpələr evi–uşaq bağçasının texniki işçisi Səfərova Azadə Sahib qızının 65 illik yubileyi ...
12/05/2026

Astara rayonu Şiyəkəran kənd körpələr evi–uşaq bağçasının texniki işçisi Səfərova Azadə Sahib qızının 65 illik yubileyi münasibətilə bağçada tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azadə xanımı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək həyatında xoşbəxtlik arzulamışlar. Çıxışlarda onun uzun illər ərzində bağçada göstərdiyi zəhmətkeş fəaliyyəti, işinə məsuliyyətlə yanaşması, həmçinin kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi vurğulanmışdır.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yubilyara xatirə hədiyyəsi təqdim olunmuşdur.



Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Astara rayon Ərçivan ...
12/05/2026

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Astara rayon Ərçivan qəsəbəsi Fuad Qasımov adına 1
saylı tam orta ümumtəhsil məktəbində “Bacarıqlı Əllər” adlı sərgi təşkil olunmuşdur.

Məktəbin texnologiya müəllimi Nargilə Əsədovanın təşkilatçılığı ilə keçirilən sərgidə şagirdlərin müxtəlif əl işləri, yaradıcı təfəkkürlərini və estetik dünyagörüşlərini əks etdirən nümunələr nümayiş etdirilmişdir. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan sərgi şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Tədbirdə Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov, həmçinin Astara rayon Ərçivan qəsəbə icra nümayəndəsi Dadaş Diyarov iştirak etmiş, sərgidə nümayiş olunan əl işləri ilə yaxından tanış olmuşlar.




Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində respublika ü...
08/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində respublika üzrə III yerə layiq görülən Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin İT təmayüllü X sinif şagirdi Muradlı Yusif Murad oğlu və onun müəllimi Məlikzadə Gülnar Elçin qızı ilə görüş keçirilmişdir.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Astara Rayon Komitəsinin sədri və Astara rayon təhsil sektorunun müdiri iştirak etmişlər.

Çıxışlarda şagirdin əldə etdiyi uğurun rayon təhsilinin inkişafının və gənclərin bilik və bacarıqlarının göstəricisi olduğu vurğulanmış, müəllimin əməyi yüksək qiymətləndirilmişdir.

Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənc nəsil arasında təbliği, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Məlikzadə Gülnar Elçin qızına təşəkkürnamə təqdim olunmuş, Muradlı Yusif Murad oğluna hədiyyə verilmişdir. Onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulanmışdır.




Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil İşçilər...
08/05/2026

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə gülqoyma mərasimi keçirilmişdir.

Mərasimdə Astara rayonu üzrə təhsil sektorunun müdiri və əməkdaşları, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də təhsil müəssisələrində çalışan işçilər iştirak etmişlər.

İştirakçılar xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad etmişlər. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkəmizin inkişafı istiqamətindəki misilsiz xidmətləri bir daha minnətdarlıqla xatırlanmışdır.

Qeyd edilmişdir ki, Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycan xalqının tərəqqi yolunda mühüm əhəmiyyət daşıyır və gələcək nəsillər üçün örnək olaraq qalır.




9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Astara şəhəri Qəhrəmanlar parkında anım tədbiri keçirilmişdir.Tədbirdə ...
08/05/2026

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Astara şəhəri Qəhrəmanlar parkında anım tədbiri keçirilmişdir.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri, Astara rayon təhsil sektorunun müdiri və sektorun əməkdaşları, ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İştirakçılar Azərbaycanın Milli Qəhrəmanlarının və Sovet İttifaqı Qəhrəmanlarının büstləri önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Qeyd olunmuşdur ki, xalqımız İkinci Dünya müharibəsində göstərilən qəhrəmanlıqları və Vətən uğrunda canından keçən igidlərimizin xatirəsini hər zaman böyük hörmət və minnətdarlıq hissi ilə yaşadır.




Address

İstiqlaliyyət Küç. 15
Astara

Website

Alerts

Be the first to know and let us send you an email when Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share