12/06/2026
Press reliz 2
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Ağdam rayonunda “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyənin icrasına başlamışdır.
12.06.2026- cı il tarixində Ağdam rayonu Quzanlı Qəsəbəsində layihə çərçivəsində “Gender problemləri” mövzusunda dəyirmi masa keçirildi .
Layihə rəhbəri Şərqiyə xanım Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi.
Bildirdi ki, “Azərbaycanda, xüsusilə bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Bu problemlər ictimai və özəl həyatın müxtəlif sahələrinə təsir göstərir. Layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır. Layihə çərçivəsində bölgələrdə sorğular aparılacaq və dəyirmi masalarda müzakirələr keçiriləcək”.
Layihənin eksperti , Səadət xanım Məmmədova gender problemləri haqqında ətraflı danışdı və bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunması və sosial ədalətin bərqərar olması üçün strateji əhəmiyyət kəsb etdiyini bildirdi. Sonra müzakirələr oldu.Suallar cavablandırıldı.
Tədbirdə Ağdam Qadın Klubunun rəhbəri Rəna xanım Teymurova , uzun illər Ağdam UADM-ın rəhbəri olmuş Yaqut xanım Qəhrəmanova, “Qarabağa, Kolanıya Qayıdış” İctimai Birliyinin sədri Nəsimə xanım Vəliməmmədova, Sosial iş üzrə mütəxəssis Günel xanım Abbasova, Gülnarə xanım Umudova, Ağdam Dövlət Musiqi Kollecinin pedaqoqu Xəyalə İxtiyarova, İcma lideri Elza xanım Abdullayeva ,Gültəkin xanım Məmmədova müzakirələrdə fəal iştirak etdilər və mövzu ilə bağlı fikirlərini bildirdilər. Onlar layihənin mövzusunun çox aktual olduğunu vurğuladılar .
.
İştirakçılardan Yaqut xanım Qəhrəmanova , Nəsimə xanımVəliməmmədova ,Günel xanım Abbasova, Elza xanım Abdullayeva ,Rəna xanım Teymurova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdi. Yekunda qiymətləndirmə aparıldı.
Tədbirdə 20 nəfər iştirak etdi.
Qeyd: Layihə Ağdam,Tərtər, Bərdə,Ağcabədi və Xocavənd rayonlarında 3 ay müddətində həyata keçiriləcək.
Regional Gender Mərkəzi İctimai Birliyinin mətbuat xidməti